Aygün İsmayılova artıq oxumayacaq
26 Avqust 2013 Bazar Ertəsi 07:34
Aygün İsmayılova toydan sonra Türkiyeye köçür.
Bu yaxınlarda Türkiyə vətəndaşı ilə nişanlanan müğənni Aygün İsmayılova ailəsinə görə yaradıcılığından əl çəkir. Milli.Az Day.Az-a istinadən bildirir ki, toydan sonra o, Türkiyəyə, ərinin yanına köçəcək.
"Hamı bilir ki, Türkiyə şou-biznesində məşhurlaşmaq üçün bizdəki kimi istedad deyil, pul lazımdır. Mənim isə elə imkanım yoxdur. Odur ki, İradə İbrahimova və Yeganə Mürsəlova kimi yalnız Azərbaycana gələndə efirlərdə görünəcəm", - deyə müğənni Xəzər telekanalının "Starlife" verilişinə açıqlamasında deyib.
İsmayılova hesab edir ki, Röya Ayxan, Aygün Kazımova və Brilliant Dadaşova Türkiyədə nəyəsə nail ola bilərlər, çünki uzun müddətdir ki, səhnədədirlər.
DOSTLARINLA PAYLAŞ: