Aygün Bəylər narkotik asılığından danışdı
25 Yanvar 2013 Cümə 12:13
Əməkdar artist: "Əl çəkin məndən..."
Əməkdar artist Aygün Bəylər narkotik asılılığı barədə gəzən şayiələrlə bağlı danışdı. ANS PRESS-in məlumatına görə, narkotik asılılığı səbəbilə Moskvaya üz tutduğu deyilən müğənni ANS TV-nin "Şoubiz" verilişinə açıqlamasında danışılanları təkzib etdi: "Cavab verməklə bu şayiələri yayan insanların səviyyəsinə enmək istəməzdim. Onlar utansınlar. Narkonamı normal insanlardan ayırmaq çətin deyil. Narkomanları hamı tanıyır".
Baş verənlərdən əsəbiləşən sənətçi, "Əl çəkin məndən. Bundan sonra nə məni görəcəklər, nə də mənim yaradıcılığım barədə eşidəcəklər", - deyərək küskünlüyünü sərt mesajla bildirdi.
DOSTLARINLA PAYLAŞ: