Aygün Bəylər ərə gedib
26 Dekabr 2009 Şənbə 14:55
Aygün Bəylər ərə gedib. İyirmi gün bundan əvvəl ana olan müğənni qızının adını can qoyub.
Bu yaxınlarda ana olan əməkdar artist Aygün Bəylərin səsində problem yaranıb. Müğənni ana olandan sonra bu gün ilk dəfə olaraq, ANS TV-nin "İncə maraqlar" verilişinin qonağı olub.

Təxminən 20 gün bundan öncə ana olduğunu deyən Aygün Bəylər qızının adını Can qoyduğunu deyib. Müğənninin sözlərinə görə, toyu olsa da bu barədə heç kimə xəbər verməyib. Əməkdar artist kiminlə evləndiyinə də aydınlıq gətirib.

"Düzdür, bu vaxta qədər nə evlənmək, nə də ana olmaq istəyim yox idi. Amma artıq 35-ə yaxın yaşım var və rəfiqələrim də mənə məsləhət gördülər ki, ana olmalıyam. Artıq buna özümü hazır hiss etdim və qərarımı verdim"- deyən müğənni yaşının keçdiyi üçün ana olmaq qərarı verdiyini bildirib.

Qeyd edək ki, müğənni uşağını qesəriyyə əməliyyatı yolu ilə dünyaya gətirib. Körpənin çəkisi 3 kiloqram 200 qram olub. Hazırda körpənin özünü yaxşı hiss etdiyini bildirən Aygün Bəylər ana olandan sonra səsində problem yarandığını deyib. "Amma həkimlərin dediyinə görə, uşaqdan sonra belə halların olması normaldır. Səsim getdikcə düzələcək".

A.Bəylər bundan sonra xarici görkəminə daha çox diqqət yetirəcəyini də qeyd edib: "10 ildən çoxdur ki, hamı məni oğlan geyimində tanıyıb. Bütün xanımlar kimi mən də bundan sonra salonlara gedib, özümə fikir verəcəyəm". ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar