Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva müğənniliyə başlayır
29 Yanvar 2010 Cümə 15:10
Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva anasının sənətini davam elətdirmək qərarına gəlib.
 Aynişan Quliyeva artıq mahnı ifa etməyə başlayıb. A. Haşımova APA-ya açıqlamasında qızının bu işin öhdəsindən yüksək səviyyədə gələcəyini bildirib, ona xeyir-dua verib: “Aynişanın bu sənətə gəlişi məni qəti narahat etmir. Mənim proqramımla getsə, hər şey əla olacaq. Aynişan çox yaxşı sənətçi olacaq. Mən ona çox inanıram”.

Onu da deyək ki, bu gün “Göygöl” ansamblının 40 illiyinə həsr olunmuş tədbirdə Aynişan Quliyeva Sezen Aksunun repertuarından mahnı ifa edib. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar