Ayanla Nadir dueti oğurlayıblar?
06 Oktyabr 2013 Bazar 09:01
Hansı mahnı hit olursa, onun haqqında bu cür söz-söhbetler çıxarırlar.
Müğənni Nadir Qafarzadə və Ayan Babakişiyevanın ifa etdiyi “Sənin üçün” dueti ətrafındakı qalmaqal bitmək bilmir.
ANS PRESS-in Axşam.az-a istinadən verdiyi məlumata görə, meyxanaçı Samirə aid olan bəstənin türkiyəli mərhum ifaçı Barış Akarsunun “Rüzgar” mahnısına bənzədiyi deyilib.
Müğənni Ayan isə heç bir bənzərlik olmadığını iddia edib: “Heç bənzərlik yoxdur. Hansı mahnı hit olursa, onun haqqında bu cür söz-söhbətlər çıxarırlar. Sevilən mahnı haqqında belə mənfi fikirlərin deyilməsi adamı yorur”.
Nadir Qafarzadənin prodüseri Rövşən Cəfərov isə oxşarlığı bəstənin Türkiyədə aranjiman olunması ilə əlaqələndirib: “Sənin üçün” Türkiyədə aranjiman olunub. Buna görə, bəzi yerlərdə bənzərlik ola bilər. Amma eyni mahnı deyil”.
DOSTLARINLA PAYLAŞ: