Ayan İsrailə gedir
09 Dekabr 2009 Çərşənbə 20:45
Müğənni Ayan dövlət tədbirində çıxış edəcək
Gənc müğənni Ayanın bu gün əyləncə mərkəzlərinin birində solo-konserti olub. ANS PRESS-ə açıqlama verən müğənni ilk konsertin məhsuliyyətli olduğunu bildirib. “Xaricdən gələn bir çox məşhur musiqiçilərin əksəriyyəti məhz burada çıxış edir. Bu səbəbdən bu səhnəyə çıxmaq böyük məsuliyyətdir. Konsert 1 saata yaxın davam etdi. Konsertdə ilk dəfə olaraq “Mən-birinciyəm” adlı mahnını ifa etdim. Bu mahnını vaxtilə Rusiyanın “X-missiya” adlı qrupu oxuyub. Mənim ifamda isə mahnı bir az fərqli səslənir" , - deyə o əlavə edib.

Bir müddət bundan əvvəl musiqisi Kamala, sözləri isə Baba Vəziroğluna məxsus “Səndən nigaranam” mahnısını yəhudi dilində oxuyan Ayan İsrailə səfərindən də danışıb. O bildirib ki, mahnını İsraildə dövlət tədbirində ifa edəcək.

Müğənninin sözlərinə görə, səfər dekabr ayının axırında baş tutacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar