Aslı Hünel reanimasiyaya yerləşdirilib
13 Fevral 2013 Çərşənbə 07:42
Kist əməliyyatına girən Aslı Hünelin vəziyyəti qəfildən pisləşib.
Türkiyənin tanınmış müğənnisi Aslı Hünel xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Bu barədə məlumatı müğənninin meneceri Serdar Uyğun yayıb. Uyğun müğənni Hünelin kist əməliyyatına girdiyini, bu vaxt onun ürək ritmində nizamsızlıq meydana gəldyini bildirib.

Qeyd edək ki, ürəkdə meydana gələn gözlənilməz nizamsızlıq səbəbindən vəziyyəti ağırlaşan Aslı Hünel başqa xəstəxanaya çatdırılıb və ilkin tibbi müdaxilədən sonra reanimasiya şöbəsinə yerləşdirilib.

Sərdar Uyğun hazırda müğənninin Gülhanə Tibb Akademiyasında (GATA) olduğunu, onun vəziyyəti barədə mətbuata açıqlama veriləcəyini deyib.

Xatırladaq ki, Aslı Hünel bir gün əvvəl sosial şəbəkə saytı “Facebook” səhifəsində, “Gecəniz xeyir. Allah rahatlıq versin. Sabah məni çətin bir gün gözləyir” – yazıbmış.


DOSTLARINLA PAYLAŞ:

oyunlar