Cütlük ayrılmaq barədə qərar verib.
"Aşk-ı memnu" serialında Bihter obrazını canlandıran aktrisa Beren Saat və sevgilisi rejissor Levent Semerci səssiz-sədasız ayrılıblar. "Vatan" qəzetinin yazdığına görə, uzun müddətdir aralarında problemləri olan cütlük, ayrılmaq barədə birlikdə qərar verib.
Levent Semerci və Beren Saat yaxınlarına bildiriblər ki, aralarında olan əsas problem işlərin çoxluğudur.
Məlumata görə, Beren Saat serial çəkilişlərinin əlindən sevgilisinə vaxt ayıra bilməyib. Bu isə münasibətlərin soyuması ilə nəticələnib. ANSPRESS