Aşıq Samirə ikinci dəfə ana oldu
14 İyun 2012 Cümə Axşamı 17:41
Müğənni paytaхt klinikalarının birində oğul övladı dünyaya gətirib
Tanınmış müğənni Aşıq Samirə bu gün ikinci dəfə analıq sevincini yaşayıb. ANS PRESS-in məlumatına görə, müğənni paytaхt klinikalarının birində oğul övladı dünyaya gətirib. Boyu 51 sm, çəkisi 3,500 qram olan körpəyə Samirə həyat yoldaşı Rizvanla birlikdə Möhsün adını verib.
Qeyd edək ki, aşıq Samirənin birinci nigahından 8 yaşında qızı var.
DOSTLARINLA PAYLAŞ: