Asena: İstəsəydim İbrahim Tatlısəslə evlənərdim
30 Sentyabr 2011 Cümə 16:06
Asena eks-sevgilisinin yeni evliliyinə münasibət bildirdi.
"İstəsəydim zamanında İbrahim Tatlısəslə evlənərdim. Çünki ağlıma qoyduğumu edərəm.
Ayşəgül İbrahim Tatlısəsi seçdi, mən azadlığı. Ayşəgülə görə sevindim. Məncə əla bir evlilik oldu. O qız İbrahim Tatlısəsi qazandı. Çünki çox gözlədir. İndi inanılmaz rahat və şadam". Müğənni İbrahim Tatlısəsin keçmiş sevgilisi Asena belə deyib.
İbrahim Tatlısəslə 4 il eşq yaşayan və 8 il öncə- 2003-cü ildə ayrıldığını söyləyən Asena, Star TV-də yayımlanan "Duymayan Kalmasın"da şok açıqlamalar verib:
"Nikahı duyduğumda səhnədə idim. İlk eşitdiyimdə hiss etdiyim şey "hüzur" oldu. Sonra üzümə bir gülüş doğdu. Mənim bu xəbəri öyrəndikdə hüzur duyacağımı 70 milyon bilir. Mənim üçün sürpriz olmadı, heç təəccüblənmədim. Şad və sakit bir yuva diləyirəm. Bir yastıqda qocalsınlar".
Xatırladaq ki, Asena illər öncə Ayşəgül Yıldızın evinə hücum edərək, modeli döymüşdü.
Qeyd edək ki, Tatlısəsin həkimi Köksal Holoğlu nikahdan 2 saat əvvəl xəbər tutuduğunu söyləyib: "İbrahim bəy sərbsət yeriməyə başlayıb, çox sağlamdır. Ata olmaq istəyərsə, heç bir problemi yoxdur. Bu evlilik, müalicəyə müsbət təsir edəcək", xəstəsinin evlənməsinə münasibət bildirib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: