Türkiyənin məşhur aktrisası Necla Nazır həccə getdiyini və artıq hicabını açmayacağını deyib. Aktrisa hicab məsələsi ilə məşğul etdiyi üçün ölkə ictimaiyyətindən də üzr istəyib. “Bundan sonra başımı açmayacağam. Hicab geyinməklə əlaqədar ictimaiyyəti məşğul etdiyim üçün hamıdan da üzr istəyirəm. Gərəksiz bir məşğuliyyət idi. Amma bu il Allah nəsib etdi, həccə getdim. Allah bunu hamıya qismət etsin. Orda qərar verdim. Başımı açmayacağam”.
Xatırladaq ki, 16 yaşından aktrisalığa başlayan, 60-dan çox film və serialda çəkilən Necla Nazır məşhur müğənni və aktyor Ferdi Tayfur ilə evliliyindən qızı dünyaya gəldikdən sonra hicab geyinərək dini həyata başlamışdı.
N. Nazır hicab geyindikdən sonra dini film olan “Sevgi Ana” və “Hakkını Helal Et” seriallarında çəkilərək kino həyatına davam etmişdi.
Uzun müddət həyatına hicabla davam edən aktrisa keçən ilin iyun ayında başını açmış və bunu
“çörəkpulu”
üçün etdiyini bəyan etmişdi.