Arnold Şvartsneger kinoya qayıtdı
19 Oktyabr 2011 Çərşənbə 00:51
Arnold Şvartsneger polis şerifi rolunu canlandıracaq.
Kaliforniya ştatının keçmiş qubernatoru Arnold Şvartsneger kinoya qayıdıb. “Terminator” Nyu-Meksiko ştatında “Sonuncu döyüş” adlı klassik vesternin çəkilişləri ilə məşğuldur.

“Filmin çəkilişlərinin birinci günü fantastik keçdi. Çəkiliş briqadasına böyük təşəkkürlər. Qoy, bundan sonra da belə işləsin”, - keçmiş qubarnator “Twittet”də yaxıb.

Məlumata görə, filmin ssenarisi həyat tərəfindən sındırılmış və çiyinlərində mənəvi məsuliyyət yükü olan yaşlı adam (Şvartsnecerin 64 yaşı var) üçün xüsusi olaraq yazılıb. “Sonuncu döyüş”ün rejissoru kriminal dramların ustası Çji-Vun Kimdir.

Filmir süjeti çox adədir: narkotik kartelinin rəhbəri Amerika məhkəməsinin zalından qaçır və başının dəstəsi ilə Meksika sərhədinə sığınır. Onun üçün xilas yolunda yeganə maneə sərhəd qəsəbəsinin şerifi və təcrübəsiz köməkçiləri olur. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar