Arnold Şvarsneqqer: “Anam məni gey hesab edirdi”
19 Yanvar 2011 Çərşənbə 05:20
Məşhur Hollivud ulduzu Arnold Şvarsneqqer əslində gey olmağın pis olmadığını iddia edir.
Hollivudun məşhur aktyoru və Kaliforniyanın sabiq qubernatoru Arnold Şvarsneqqer anasının onu gey hesab etdiyini deyib. Bunun, gənclik illərində otağının divarlarına dünya bodibildinq çempionlarının şəkillərini asdığı üçün olduğunu deyən aktyor məhz bu səbəblə də anasının onu həkimə apardığını deyib. Avstriyada nəşr olunan “Krone” jurnalına müsahibə verən terminator gey olmağın pis bir şey olmadığını, sadəcə olaraq o dövürdə anasının bunu fəhm edə bilməyəcəyini deyib: “Anam illərlə mənim gey olduğumu fikirləşib. Təbii ki, bu pis bir şey deyil. Sadəcə olaraq o zamanlar anam bunu başa düşməzdi. Daha sonra həkim anama hər insanın bir idealı ola biləcəyini dedi. Bununla da anamın narahatlığı yox oldu”. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar