Arda Turan köhnə sevgilisi ilə barışdı
16 May 2012 Çərşənbə 10:33
Futbolçunu aktrisa sevgilisi ilə barışdıran cütlüyün ailələri olub.
Türkiyənin məşhur futbolçularından olan Arda Turan bir müddət öncə ayrıldığı sevgilisi ilə yenidən barışıb. ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, "Atletiko Madrid"in oyunçusu Sinem Koballa yenidən birlikdədir. İddiaya görə, gənc cütlüyü ailələri barışdırıb.

2,5 illik münasibətlərinə son qoyaraq birlikdə yaşadıqları Madriddən Türkiyəyə qayıdan və Arda Turanın telefonlarına cavab verməyən aktrisa sevgilisinin göndərdiyi əşyaları almaq üçün gömrüyə belə getməmişdi.

Sarışın gözəllə heç cür əlaqə yarada bilməyən futbolçu çarəyi media vasitəsilə ona mesaj göndərməkdə tapıb. Lakin onun “hörmətim və duyğularım bitmədi" açıqlaması da Kobalı yola gətirməyib. Ən sonda ailələr küskünlüyə müdaxilə ediblər və Kobal sevgilisi ilə danışmaq üçün Madridə getməyə razılıq verib.

Başqa bir iddiaya görə, isə Arda Turan barışmaq istədiyi Sinem Kobala zərif bir qutu içərisində təkdaş üzük göndərib. Gənc oyuncu üzüyü alan kimi İspaniyaya uçub.





DOSTLARINLA PAYLAŞ:

oyunlar