Araş həyat yoldaşı Benaza 400 min dollarlıq boyunbağı hədiyyə edib
14 Aprel 2011 Cümə Axşamı 13:14
Azərbaycanı “Eurovision-2009” yarışmasında Aysel Teymurzadə ilə birgə təmsil edən və ölkəmizə üçüncülük qazandıran, “Qızıl qrammafon” laureatı Araşın toyu olub.
APA-nın xarici internet saytlarına istinadən yaydığı xəbərə görə, dünyaca məşhur müğənni nişanlısı Benazla Dubayda nikaha girib. Araş və Benazın toy mərasimi Fars körfəzində möhtəşəm mərasimlə baş tutub. 33 yaşında evlənməyə qərar verən Araş, əslən iranlı olan Benaza bir müddət əvvəl evlənmə təklifi edib. Araş Benaz toya 200 nəfərə yaxın qonaq dəvət ediblər. Qohum və yaxınlardan əlavə cütlüyün İsveç, Fransa, ABŞ və Rusiyadan olan dostları da mərazimə qatılıblar. Qonaqlar şərq nağıllarını xatırladan otelə daxil olmalarından məmnunluq keçirdiklərini də bildiriblər. Benazın gəlinlik paltarı Londonda sifarişlə hazırlanıb. Gəlin toy mərasiminə bütün qonaqlar öz yerlərini tutduqdan sonra atası ilə birgə daxil olub və gəlin atası qızını Araşa təhvil verib. Mərasim müddətində Araşın gəlindən bir anlıq belə baxışlarını çəkməməsi də qonaqları məmnun edib. Toy mərasimində gəlin və bəyin vətən İranın adət-ənənələri də unudulmayıb. İran adət-ənənəsi ilə Araş və Benazın başına üç dəfə şam fırladılıb. Sonra mərasimə bal gətirilib və bəylə gəlib balın dadına baxıblar. Araş həyat yoldaşı Benaza toy münasibəti ilə platindən hazırlanmış və üzərində çoxsaylı brillant qaşlar olan boyunbağı hədiyyə edib. Bu boyunbağı Araşa 400 min dollara başa gəlib. Benaz isə bu hədiyyənin qarşılığında Araşa üzünü tutaraq “İndi mən dünyanın ən xoşbəxt insanıyam” deyib. Araş isə Benazın bu sözləri qarşısında “Mən dünyanın ən gözəl, qayğıkeş, ağıllı qadını ilə evləndim” deyərək, Benazın alnından öpüb.
DOSTLARINLA PAYLAŞ: