Aqşin Tariyeloğlu Yanıq Kerem albomunu tanıtdı
22 Oktyabr 2013 Çərşənbə Axşamı 18:23
Aqşin Tariyeloğlu Yanıq Kerem adlı yeni diskinin ve albomunun teqdimat merasimini keçirdib.
Aşıq musiqisi, saz sənəti Türkün hər zaman qürur mənbəyi olub. Tarix boyu türklər sazı başlarının üstündə gəzdiriblər. Bu sənətin ustadları da türk dünyasında adla tanınıblar.

ANS PRESS-in məlumatına görə, son illər isə saz ifaçıları arasında sənəti, ifası ilə seçilən Aqşin Tariyeloğlunun ciddi yaradıcılıq işləri diqqətdən kənarda qalmır. Aşqin saz ifaçısı kimi sənətdə artıq özünü təsdiqləmiş sənətçidir. Beynəlxalq mətbuat mərkəzində Aqşin Tariyeloğlu "Yanıq Kərəm" adlı yeni diskinin və albomunun təqdimat mərasimini keçirdib.

Təqdimat mərasiminə Azərbaycanın bir çox tanınmış sənətçiləri də dəvət olunmuşdu. Xalq artisti Ramiz Quliyev, Aybəniz Haşımova, müğənni İzzət Bağırov, Vasif Məhərrəmli və başqaları təqdimat mərasimində Aqşinə dəstək oldular.

Aqşin Tariyeloğlu qədim aşıq musiqisi olan "Yanıq Kərəm"ə klip çəkdirib. Təqdimat Mərasimində klip nümaiyş edildikdən sonra qonaqlar, media nümayəndələri fikirlərini bildirdilər. Xalq artisti Ramiz Quliyev Aqşinin belə bir qədim musiqiyə müraciətini yüksək qiymətləndirdi. Hərçənd media nümayəndələri arasında fikir ayrılığı da yarandı.

Bəziləri Aqşinin ifasında ekranlaşdılırlan bu kompoziysiyanın aranjmanını bəyənmədi. Ancaq mətbuat konfransında iştirak edən sənətçilər Aqşinin "Yanıq Kərəm"min kantasına əl vurmadan sintez şəklində ifasını çox bəyəndiklərini bildirdilər. Hətta Vasif Məhərrəmli bildirdi ki, Aqşin saz ifaçıları arasında novator olaraq seçilir. Onlar bildirdilər ki, Aqşinin bu mahınını yeni aranjmanda ifasından zövq aldılar, "Yanıq Kərəm"i müasir zamanın tələblərinə cavab verəcək şəkildə aranjman etdirməsini də yüksək dəyərləndirdilər.

Bu mübahisəli məqamın nöqtəsini isə aşıq Ədalət qoydu. Səhhətində yaranan problemlə əlaqədar tədbirə qoşula bilməyən aşıq Ədalət telefon vasitəsilə mərasim iştirakçılarını salamladı. Aqşinin ifasına, sənətinə yüksək qiymət verdiyini bildirdi. Onun ifasında "Yanıq Kərəm"in yeni üslubda, aranjmanını da bəyəndiyni xüsusilə vurğuladı. Aşıq Ədalətin xeyir-duasından sonra Aybəniz Haşımova, İzzət Bağırov da Aqşinin sənəti, yaradıcılığı barədə xoş sözlər dilə gətirdilər.

Məlumat üçün onu da qeyd edək ki, Aqşinin "Yanıq Kərəm" klipində saz ustası, xalq artisti aşıq Ədalət (Nəsibov) da çəkilib. Elə klipin sonunda da Aqşinə xeyir-duanı aşıq Ədalət özü verir.

Klipin rejissoru Aleks Anişenkodu. Məhşur aşıq musiqisini Givi və Rasim aranjman ediblər. Klimpdə Azərbaycanın gözəl təbiəti, mənzərəli məkanları öz əksini tapıb.

Qaldı eyniadlı alboma, Aşqin Tariyeloğlunun "Yanıq Kərəm" albomuna 13 kompazisiya daxil edilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar