Antonio Banderas Roma papası olacaq
15 May 2014 Cümə Axşamı 18:21
Aktyor Antonio Banderas Məni Fransisk çağırın filminə çəkiləcək.
Məşhur kino aktyoru Antonio Banderas Roma papası olacaq.
ANS PRESS-in məlumatına görə, aktyor Roma papası Fransiskin həyatından bəhs edən "Məni Fransisk çağırın" (Call Me Francesco) filminə çəkiləcək.
İtaliyalı rejissor Daniele Luçettinin çəkdiyi filmin büdcəsi 12 milyon dollardır. Yeni layihənin prodüseri Pyetro Valseççidir. O, artıq "Taoudue Film" prodüser şirkətinin Antonio ilə danışıqları təsdiqləyib. Filmin çəkilişləri Argentina və İtaliya da daxil olmaqla, bir neçə ölkədə aparılacaq.
Film Argentinanın La Nacion qəzetinin jurnalisti Yevanqelina Himitianın yazdığı "Fransisk: Xalq papası" bestselleri əsasında çəkiləcək.
DOSTLARINLA PAYLAŞ: