Antonio Banderas boşanır
07 İyun 2014 Şənbə 12:57
Aktyor Antonio Banderas həyat yoldaşı ilə 18 il sonra yollarını ayırmaq qərarına gəlib.
Hollivudun daha bir məşhur cütlüyü yollarını ayırmaq qərarına gəlib.

ANS PRESS-in məlumatına görə, sevilən və minlərlərlə pərəstişkarları olan cütlüklərin siyahısında yer alan Antonio Banderas və Melani Qriffit boşanmaq qərarına gəlib. Onların bu addımı atmaları yaxın insanlar tərəfindən anlaşılmasa da sənətçilər artıq yola getmədiklərini bildiriblər. 18 il birlikdə yaşayan cütlüyün 17 yaşlı Stella adında bir qızı var.

Melani əmlakın tam yarı bölünməsini tələb edib.

Qriffit üçün bu dördüncü, Antonio Banderas üçün isə ikinci boşanma olacaq. Cütlük açıqlamasında bildirib ki, 53 yaşlı Banderas və 56 yaşlı Qriffit arasında uzun müddətdir ki, soyuq münasibət yaşanır. Əsas səbəb olaraq isə Melaninin Banderasın xəyanətlərindən yorulması göstərilir.

Qeyd edək ki, bu barədə ilk şayiələr 2013-cü ildən yayılmağa başlayıb. Bütün söz-söhbətdən sonra isə şənliklərdə, tədbirlərdə fərqli məkanlarda görüntülənən ulduzlar bu iddiaların daha da güclənməsinə yol açıblar.


DOSTLARINLA PAYLAŞ:

oyunlar