Antonio Banderas BMT-nin xoşməramlı səfiri oldu
18 Mart 2010 Cümə Axşamı 05:10
Antonio Banderas yoxsulluq və aclıqla mübarizədə, eləcə də ətraf mühitin qorunmasında iştirak edəcək.
Tanınmış ispan aktyoru, Hollivud ulduzu Antonio Banderam BMT-nin İnkişaf Proqramının xoşməramlı səfiri təyin edilib. O, yoxsulluq və aclıqla mübarizə, eləcə də ətraf mühitin qorunmasında beynəlxalq təşkilatın tapşırıqlarını yerinə yetirəcək.

Populyar artistlər, tanınmış idmançılar və digər məşhurların BMT-nin proqramlarına cəlb edilməsi təcrübəsi dünya ictimaiyyətinin diqqətini qlobal problemlərə yönəltmək məqsədini daşıyır. Antonio Banderam BMT İnkişaf Proqramının “ulduz” xoşməramlı səfirlərinin cərgəsinə qoşulacaq. Onların arasında rusiyalı tennisçi Mariya Şarapova, futbolçular Ronaldo, Zinəddin Zidan, Didye Droqba, yaponiyalı aktrisa Misako Konno və başqaları da var.

Antonio Banderas xoşməramlı səfir təyin olnmasını belə dəyərləndirib: “Yozsulluq bizim insanlıq potensialımızı talayır və bizi əldə edə biləcəklərimizdən mərum edir. Ona görə də bizim yoxsulluğa qalib gəlmək üçün səylərimizi səfərbər etməyimiz vacibir. Bu gün bunun üçün biliyimiz, səriştəmiz və resurslarımız var”. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar