Anfisa Çexova: Qafqaz kişiləri bizi xoşlayır
06 Avqust 2014 Çərşənbə 10:10
Rusiyalı cazibədar aparıcı Anfisa Çexova həyat yoldaşı Qurama Bablişvilinin vətəni Gürcüstana yollanıb.
ANS PRESS-in məlumatına görə, gərgin iş qrafikindən sonra istirahətə yollandığını deyən teleaparıcı sosial şəbəkədə yeni fotolar paylaşıb. Hər zaman açıq-saçıq geyimləri ilə diqqət mərkəzində olan Anfisa Gürcüstan səfərində qapalı libaslara üstünlük verib. Şəkillərinə şərh bildirən A.Çexova gürcü qızlarından bəhs edib:

“Gürcüstanda balıq ətli qızlara qarşı xüsusi diqqət var. Küçə ilə gedərkən kişilər sənə ağzıaçıq baxırlar. Burada hər bir kişinin kök xanımı olsa da, onlar arıq qızları xoşladıqlarını deyirlər. Gürcüstanda yeməyi çox sevirlər və özlərini heç bir daddan məhrum etmirlər. Pəhriz saxlamaqla münasibətləri elə də yaxşı deyil. Qafqazın kişiləri dolubədənli qızları seçirlər”.

Başına araxçın taxaraq kamera qarşısına keçən aparıcı qafqazlıların qonaqpərvər olduqlarını da vurğulayıb.


















DOSTLARINLA PAYLAŞ:

oyunlar