Ancelina Colinin oğlunu əlindən alırlar
01 Aprel 2012 Bazar 12:29
Vyetnamdan övladlığa götürdüyü uşağın anası oğlunu geri istəyir.
Tanınmış amerikalı aktrisa Ancelina Colinin Vyetnamdakı uşaq evindən övladlığa götürdüyü oğlanın bioloji anası uşağını geri istəyir. Woman's Day internet saytının məlumatına görə, 8 yaşlı Pax Thienin anası Pham Thu Dung Vietnamdakı uşaq evini vasitəsilə aktirsaya oğlu ilə görüşmək istədiyini çatdırıb.
Sayt yazır ki, 32 yaşlı Dung narkotik vasitələrdən istifadə etdiyinə görə oğlunu hələ 1 yaşımda ikən uşaq evinə verməli olub. Lakin indi narkotik vasitələrdən heç bir asılılığı olmadığını bildirən Pax Thieni övladını geri istədiyini açıqlayıb.
Hollivud kino ulduzunun isə məsələ ilə bağlı son dərəcə kədərləndiyini və bunun necə həll olunması ilə bağlı mütəxəssislərlə məsləhətləşmələr apardığı bildirilir.
Oscar mükafatçısı Pax Thieni 2007-ci ildə övladlığa götürülüb. Cütlüyün 3 övladlığa götürülmüş uşaqları da daxil olmaqla 6 uşaqları var.
DOSTLARINLA PAYLAŞ: