Kəskin zəifləyən aktrisanın anoreksiya xəstəliyinə yaxalandığı güman olunur.
Hollivudun məşhur aktrisası Ancelina Colinin vəziyyəti yaxşı deyil.
ANS PRESS xarici mətbuata istinadən xəbər verir ki, aktrisanın çəkisi 42 kiloqrama qədər azalıb. Colinin anoreksiya xəstəliyinə yaxalandığı güman olunur.
Xatırladaq ki, aktrisa keçən il döş xərçəngi riskinə qarşı mastektomiya əməliyyat keçirib.
Mütəxəssislər hesab edir ki, boyu 1.69 metr olan aktrisa üçün ideal çəki 55-60 kq-dır.
Artıq Ancelina Coli pərəstişkarları sosial şəbəkələrdə aktrisa ilə bağlı narahatlıqlarını dilə gətirməyə başlayıblar.