Ancelina Coli Türkiyəyə gəlir
15 İyun 2011 Çərşənbə 15:46
Kinoulduz Ancelina Coli suriyalı qaçqınları görmək istəyir.
Məşhur Hollivud ulduzu, BMT-nin xoşmərmalı səfiri Ancelina Coli Türkiyə hökumətinə müraciət edib. Türkiyə kütləvi informasiya vasitələrinin verdiyi məlumata görə, kinoaktrisa Türkiyəyə sığınan suriyalı qaçqınları ziyarət etmək məqsədi ilə Türkiyə rəsmilərindən icazə istəyib. Məlumata görə, artıq qarşı tərəf icazə ilə bağlı ünvanlanan müraciəti nəzərdən keçirir.
Qeyd edək ki, sonuncu dəfə A. Coli Liviya-Tunis sərhədinə ziyarət edərək oradakı düşərgəyə baş çəkmişdi. Suriyalı qaçqınlar Hatay (şərq və cənub hissədən Suriya ilə sərhəddə yerləşir) vilayətində sığınacaq tapıblar və Ancelina Colinin məhz buraya səfər etməsi nəzərdə tutulur.
Colinin gələcəyi xəbəri artıq aranı qarışdırıb. “Twitter” sosial şəbəkəsində Culi pərəstişkarları onu görmək üçün plan cızırlar. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: