Ancelina Coli süd vezilerini kesdirib
14 May 2013 Çərşənbə Axşamı 11:36
Aktrisa Ancelina Coli süd vəzi xərçəngi riskinə görə bu əməliyyatı edib.
Dünyanın ən gözəl qadınlarından biri, Hollivud aktrisası Ancelina Coli pərəstişkarlarını qorxudub. ANS PRESS-in "Hürriyət"ə istinadla verdiyi məlumata görə, gözəl ulduz süd vəzi xərçənginə yaxalanma riskinə qarşı əməliyyat olub. Keçirdiyi əməliyyatla bağlı hər iki süd vəzini aldıran 6 uşaq anası Coli əməliyyatın səbəblərini "New York Times" üçün qələmə aldığı yazıda danışıb. Yazısında aktrisa xərçəngdən itirdiyi anası və yaşadığı çətin dövrü oxucular ilə paylaşıb.
Həkimin 87 faiz süd vəzi, 50 faiz isə yumurtalıq xərçənginə tutulma riski olduğu eşidəndən sonra əməliyyat olmaq haqqında qərar verib. "Bu vəziyyəti nəzarət altında saxlamaq və riski mümkün qədər azaltmaq üçün əməliyyat oldum".
Colinin əməliyyata qərar vermək və əməliyyat olmaq müddəti fevral ayından başlayıb, apreldə sona çatıb.
Qeyd edək ki, aktrisanın anası da 10 il xərçənglə mübarizə aparıb. O, 56 yaşında bu xəstəlik nəticəsində vəfat edib. Bundan sonra A.Coli uzun müddət ağır depressiya vəziyyətində olub.
DOSTLARINLA PAYLAŞ: