Ancelina Coli əməliyyatdan sonra göründü
03 İyun 2013 Bazar Ertəsi 07:14
Aktrisa özünü çox yaxşı hiss etdiyini deyib.
Hollivud ulduzu Ancelina Coli mastektomiya əməliyyatı olunduqdan sonra ilk dəfə ictimaiyyət arasına çıxıb. O, həyat yoldaşı, aktyor Bred Pitlə birlikdə Londonda "Dünya Müharibəsi Zet" ("World Was Z") adlı zombi trillerinin premyerasında iştirak edib.

Coli xərçəng riski ilə əlaqədar süd vəziləri götürülərək, implant qoydurduqdan sonra özünü çox yaxşı hiss etdiyini deyib. Aktrisa öz qərarından sonra qadın sağlamlığına dair müzakirələrin qızışmasından çox məmnun olduğunu da vurğulayıb.

Xatırladaq ki, Ancelina Coli ötən ay "New York Times" qəzetində çıxan məqaləsində irsi olaraq, xərçəng geni daşıdığını və buna görə də süd vəzilərinin mastektomiyası əməliyyatına girdiyini açıqlamış, bütün qadınları vaxtında öz sağlamlıqları ilə bağlı düzgün qərarlar verməyə çağırmışdı.

Anasını xərçəng xəstəliyindən itirən aktrisanın xalası da ötən ay xərçəngdən dünyasını dəyişib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar