Ancelina Coli Adi ürək televiziya filminin premyerasında iştirak etmək üçün Nyu-Yorka üz-tutub.
Ötən gün məşhur Hollivud ulduzu Ancelina Coli həyat yoldaşı, aktyor Bred Pittin prodüserliyi ilə çəkilmiş "Adi ürək" televiziya filminin premyerasında iştirak etmək üçün Nyu-Yorka üz-tutub.
ANS PRESS-in məlumatına görə, qırmızı xalça üzərində hər zaman olduğu kimi mükəmməl görünən Ancelinanın yanaq, çənə və dekolte nahiyəsindəki ağ ləkələr hamını heyrətə salıb. Tədbirdə Culya Roberts, Liv Tayler, Anna Vintur kimi məşhur simaların da olmağına baxmayaraq, bütün diqqətlər Ancelinanın üzərində olub.
Qeyd edək, aktrisanın makiyajındakı bu qüsuru yalnız işıqla çəkilən fotolarda görmək mümkündü. Digər şəkillərdə isə heç nə hiss olunmur.
Xatırladaq ki, Ancelina Coli qırmızı xalça üzərində belə talesizlik yaşayan yeganə aktrisa deyil. Təxminən, eyni hadisə aktrisalar Cenifer Eniston, Dryu Berrimor, Nikol Kidman, Uma Turmanın da başına gəlib.