Amerika öz gözəlini seçdi
16 Yanvar 2011 Bazar 10:10
"Amerika gözəli" müsabiqəsinin qalibi 17 yaşlı qız olub
Amerika Birləşmiş Ştatlarında "Miss Amerika" gözəllik müsabiqəsi keçirilib. Las-Veqas şəhərində keçirilən müsabiqənin qalibi Nebraska ştatından olan gözəl olub. 17 yaşlı Tereza Skanlan 52 namizəd arasından seçilə bilib. Amerika gözəli seçilən Terazaya tac və təhsilinə sərf etməsi üçün 50 min dollar pul vəsaiti təqdim edilib.
Müsabiqədə növbəti yerləri isə Arkanzas, Havay, Vaşinqton və Oklahama təmsilçiləri bölüşüblər.
Qeyd edək ki, "Amerika gözəli" müsabiqəsi 90-cı dəfədir ki, keçirilir. Müsabiqənin yubiley buraxlışında seçilən yeni Amerika gözəli 1921-ci ildən sonra bu ada laqiq görülən ən gənc qalib olub. Belə ki, 1921-ci ildə keçirilən ilk müsabiqədə "Miss Amerika" 15 yaşlı qız olmuşdu.
DOSTLARINLA PAYLAŞ: