Almaz Ələsgərovanın kürəkəni başqasıyla nişanlanıb
27 Yanvar 2010 Çərşənbə 12:30
Müğənni Almaz Ələsgərovanın keçmiş qudası: "Biz onlarla barışmamışıq, niyə yalan danışır axı?"
Ötən həftə müğənni Almaz Ələsgərova verilişlərin birində qızlarının ər evinə dönməsi barədə açıqlama vermişdi. Sənətçinin bu ifadəsindən sonra onun keçmiş qudası Mehriban xanım ANS PRESS-in müxbiri ilə əlaqə saxlayıb.

"Almaz xanım oğlumu bədbəxt eləmək istəyir. Mənim oğlum nişanlısı ilə hazırda İtaliyadadır. O, həkim qızla ailə quracaq. O, mənim oğlumun bütün həyatını məhv elədi. Biz onlarla barışmamışıq və barışmarıq da. Niyə yalan danışır axı?"-deyə müğənninin qudası kəskin şəkildə cavab verdi.

Mehriban xanımdan bütün bunlara son qoymaq üçün Almaz xanımın özünə niyə zəng etməməsini soruşduqda isə, onunla ünsiyyətdə olmaq istəmədiyini vurğuladı. "Bizim tanışlığımız Sevda Əliqızının əliylə olub. Çünki Sevda xanım bizimlə qonşudur, Almaz xanım onlara qonaq gələndə oğlumla da orda tanış olublar. Biz heç onların evinə elçi də getməmişdik"-deyən Mehriban xanım A.Ələsgərovayla ümumiyyətlə əlaqələri olmadığını bir daha təkrarladı. ANSPRESS




DOSTLARINLA PAYLAŞ:

oyunlar