Martın 6-da Respublikanın əməkdar artisti Almaz Ələsgərlinin ikinci qızının nişan mərasimi keçirilib. Bu barədə ANSPRESS-ə müğənninin özü məlumat verib. 17 yaşlı Əminə ilə 23 yaşlı Orxanın nişan mərasimi evdə olub. Cütlüyün toy mərasiminin isə bu ilin iyun ayında keçirilməsi nəzərdə tutulub.
Xatırladaq ki, müğənninin böyük qızı Mədinə də 2007-ci ilin sonlarında 18 yaşında ailə həyatı qurub və hazırda xarici ölkədə yaşayır.
Zülfiyyə Qurbanova/ANSPRESS/