Məşhur rus müğənnisi Alla Puqaçovanın nümayəndəsi Yelena Çuprakova bildirib ki, Alla Borisovna Dağlıq Qarabağda konsert verəcəyinə dair xəbəri eşidəndə qəzəblənib. ANS PRESS-in “Day.az”a istinadən verdiyi xəbərə görə, bu barədə deputatı Anar Məmmədxanlı ilə söhbətində Yelena Çuprakova bildirib.
“Mən Çuprakova ilə yenicə danışmışam və o bildirib ki, bu təxribat və həyasızcasına uydurulan yalandır”, - deyə deputat bildirib.
“Çuprakovanın sözlərinə görə, Puqaçova heç vaxt Dağlıq Qarabağa getməyib və heç gələcəkdə də oranı ziyarət etməyi planlaşdırmır. Bunlar hamısı iftiradır”, -deyə o əlavə edib.
Qeyd edək ki, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin rəhbəri Zöhrə Əliyeva bu məsələnin təxribat xarakterli olduğunu bildirib. O, hazırda xəbərin düzgünlüyünün araşdırılması ilə məşğul olduğunu da söyləyib.
Xatırladaq ki, Ermənistanın kütləvi informasiya vasitələri Alla Puqaçovanın Dağlıq Qarabağda konsert proqramı ilə çıxış etməyə hazırlaşdığı barədə informasiya yaymışdı. /ANS PRESS/