Alişan əsgər gedir
16 Yanvar 2010 Şənbə 19:20
Alişan əsgər gedir. Müğənniyə "Tepecikspor"un verdiyi lisenziya ləğv edilib.
Türkiyənin məşhur müğənnisi Alişan hərbi xidmətdən yayınmaq üçün Türkiyənin II liqasında çıxış edən "Tepecikspor" klubu ilə müqavilə imzalamışdı. Bu müqavilədən qəzablənən Türkiyə Futbol Federasiyası (TFF) məşhur müğənniyə klub tərəfindən verilən lisenziyanı ləğv edib. Federasiyanın açıqlamasında isə bildirilib ki, "Tepecikspor"un prezidenti Temel Eyüboğlu barəsindədə Peşəkar Futbol İntizam Komitəsində araşdırmalar aparılacaq.
Qeyd edək ki, Türkiyə qanunlarına əsasən Superliqa, 1-ci və 2-ci liqalarda çıxış edən peşəkar futbolçulara 38 yaşadək hərbi xidmətdən möhlət hüququ verilir. Bu qanundan yararlanan Alişan da "Tepecikspor"la müqavilə bağlamışdı. Lakin Alişan qanunda tələb olunan sayda oyunda iştirak etməyib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: