Alek Bolduin xəstəxanaya yerləşdirilib
11 Fevral 2010 Cümə Axşamı 17:30
Alek Bolduinin xəstəxanaya yerləşdirilməsinin səbəbləri açıqlanmır
Məşhur Amerika aktyoru Alek Bolduin təcili olaraq Nyu-York xəstəxanasına yerləşdirilib. “People” nəşrinin yazdığına görə, aktyorun 14 yaşlı qızı “911” xidmətinə zəng edərək atasının heç nəyə reaksiya vermədiyini bildirib.

Onun xəstəxanaya yerləşdirilməsinin rəsmi səbəbləri açıqlanmır. Bir müddət keçdikdən sonra həkimlər 51 yaşlı aktyorun evə getməsinə icazə verib.

Xatırladaq ki, Bolduin martın 7-də baş tutacaq “Oskar” mükafatının təqdimetmə mərasiminin aparıcılarından biridir. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar