Gəlinlik geyinmək hələ ərə getmək demək deyil.
Dünən Hüsniyyə Mürvətovanın ərə getməyi barədə yayılan məlumatlara təkzib gəlib. Təkzibi aktrisanın özü verib. “Mən aktrisayam. Sabah kosmonavt geyimində şəkillərim çıxacaq, bu, o deməkdir ki, mən Marsa uçuram? Xeyr, gəlinliyi sadəcə Xəzər TV-də yayımlanan “Aramızda qalsın” serialında geyinmişəm, Gülnarə obrazının toyu üçün. Hələlik ikinci dəfə ailə qurmaq fikrim yoxdu, bu məsələ mənə görə çox ciddi bir şeydir”.
Hüsniyyə Mürvətovanın birinci nikahdan bir oğlu var.