Aktrisanın çılpaq şəkli qalereyadan çıxarılıb
02 Oktyabr 2009 Cümə 11:10
Bruk Şildsin çılpaq şəkli qalereyadan çıxarılıb. Şəkil vaxtikən Bruk Şildsin anasının icazəsilə çəkilib.
“Mavi laqun” filmindən yaxşı tanıdığımız aktrisa Bruk Şildsin 10 yaşında ikən çəkilən çılpaq şəkili London qalereyasından çıxarılıb. Bu barədə Amerikanın “People” jurnalı yazıb.
Eksponat vaxtikən Şildsin anasının icazəsilə çəkilən şəkilin nüsxəsi olub. Bununla belə, Britaniya polisləri şəkilin “uşaqbazlar üçün maqnit” ola biləcəyindən ehtiyatlanaraq məsələyə müdaxilə etmək qərarına gəliblər. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: