Ajda Pekkan ürəyindən əməliyyat olunacaq?
16 Dekabr 2009 Çərşənbə 22:15
Ajda Pekkan: "Həkimlər lüzum bilərlərsə, əməliyyat olunacam”
Türkiyənin pop kraliçası Ajda Pekkan "Manhetten Centr"də konsert vermək üçün Nyu-Yorka yollanacaq. Deyilənə görə, səfər zamanı türk ifaçısı ürəyindən əməliyyat olunacaq. Müxtəlif pəhriz yeməkləri ilə qidalanan Pekkan əməliyyat olunması ilə bağlı xəbərə özünəməxsus reaksiya verib.
“Sağlamlığım hələ ki, yerindədir. Yalnız ayağımda bir az problem var. Amerikaya gəlmişkən, buradakı həkim dostuma baş çəkəcəm. Əgər, lüzum bilərlərsə, əməliyyat olunacam”, - deyə o bildirib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: