Ajda Pekkan sehnede pisleşdi
25 May 2013 Şənbə 08:32
Superulduz Ajda Pekkan xestenaya yerleşdirilib.
Türkiyənin məşhur müğənnisi Ajda Pekkan xəstəxanalıq olub. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, müğənni Maltəpə Universitetinin səhnəsində çıxış edərkən halı qəflətən pisləşib.
Superulduz yeddinci mahnını oxuyarkən özünü pis hiss edib. Ayaqüstə dayanmaqda çətinlik çəkən müğənnini öz avtomobili ilə Yeditəpə Universitetinin xəstəxanasına çatdırıblar.
Ajda Pekkanın qulağında problem olduğu bildirilib. Xəstəxanaya sonradan müğənninin şəxsi həkimi də gəlib. Təhlillərdən sonra müğənninin gecəni xəstəxanada keçirməsinə qərar verilib.
Xatırladaq ki, ötən il Ajda Pekkan ürəyindən əməliyyat edilmişdi. Onun qəlbinə stend taxılmışdı.
DOSTLARINLA PAYLAŞ: