Ajda Pekkan özünü idarə edə bilməyib
29 Yanvar 2010 Cümə 23:50
Müğənni Ajda Pekkan Uludağdakı konsert zamanı dava salıb.
Məşhur türk müğənnisi Ajda Pekkan Uludağda konsert verdiyi zaman dava salıb. 1500 nəfərlik salonda səs sisteminin bərbad olması və səhnənin kiçik olması ifaçını özündən çıxardıb.
İfaçı davulçusu Volkan Öktemə “Məni bir daha belə səhnələrə çıxartma. Səhnə çox bərbaddır. Səhnədə öz səsimi belə eşitmirəm”,- deyə bildirib.
Müğənni hətta həmin gecə tamaşaçılara da əsəbləşib. Özünü idarə edə bilməyən sənətçi, əlindəki mikrofonu viskili stəkanların birinin içinə ataraq olduğu məkandan ayrılıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: