Ajda Pekkan əməliyyat olunub
23 Mart 2012 Cümə 12:11
Sənətçinin ürəyinə gedən sağ damarına şuntlama edilib.
Məşhur türk müğənnisi Ajda Pekkan səhhətində problem yaranıb. ANS PRESS "Habertürk" saytına istinadən xəbər verir ki, ötən həftə İstanbulda "check-up" müayinəsindən keçən 66 yaşlı ifaçının ürəyinə gedən arteriya damarlarından birində 70 faiz daralma qeydə alınıb. Dərhal əməliyyat edilən Pekkanın sağ damarına şuntlama edilib. Yeditepe Universiteti Xəstəxanasında gizli keçirilən əməliyyat uğurlu keçib. Sənətçi hazırda istirahət edir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar