Acun Ilıcalı tehlükededir?
19 Oktyabr 2013 Şənbə 13:37
Aparıcı Acun Ilıcalı ya mühafizəçilərin 24 saat onu müşayiət etməsi təklif edilib.
Aprel ayında Əl-Qaidə terror təşkilatının Türkiyənin məşhur aparıcısı Acun İlıcalıya sui-qəsd hazırladığı haqqında xəbərlər yayılmışdı.
ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, təşkilata aid olan obyektlərdə İlıcalının evinin və iş yerinin fotoları tapılıb.
Bu hadisəyə görə, İstanbul polisini hərəkətə keçib. Asayiş keşikçiləri İlıcalının həyatının təhlükədə olduğunu bildirib. Aparıcıya mühafizəçilərin 24 saat onu müşayiət etməsi təklif edilib. Lakin Acun bu təklifi rədd edib. Aparıcı əvvəllər olduğu kimi, indi də normal həyat tərzinə davam etmək istədiyini bildirib.
DOSTLARINLA PAYLAŞ: