Şou Biznes

Abbas Bağırov dərdlidir

Abbas Bağırov: "İnsanlar bir-birinin uğurunu niyə qəbul etmir?"

· Xəbərçi
Abbas Bağırov dərdlidir
Son zamanlar xalq artisti İlhamə Quliyeva tərəfindən təriflənib, xoş sözlər eşidən müğənni Abbas Bağırovu həmkarları sıxışdırmağa başlayıb. Bu barədə açıqlama verən ifaçı onun sənətinə paxıllıq edənləri öz işləri ilə məşğul olmağa çağırıb.

“Mən çox istərdim ki, hər kəs öz işi ilə məşğul olsun. Kimisə tənqid edəndə, ilk öncə onun sənətini araşdırmalısan. Başa düşə bilmirəm, niyə insanlar bir-birinin uğurunu qəbul etmir? Əgər mən sənətkarlar tərifindən kiminsə tərifə layiq görüldüyünü görsəm, buna yalnız sevinə bilərəm”, – deyə müğənni əlavə edib. ANSPRESS

Şərhlər