Bakı. Ülkər Qasımova – APA. “Eurovision-2009” müsbaiqəsinin qalibi Aleksandr Rıbak yenidən müsabiqədə iştirak etmək niyyətindədir. Ancaq sənətçi bu dəfə özünü bəstəkar kimi sınamaq qərarına gəlib.
APA-nın müsabiqənin rəsmi internet saytına istinadən yaydığı xəbərə görə, Aleksandr Rıbak bunu jurnalsitlərə açıqlamasında deyib.
A. Rıbak bildirib ki, bəstəkar kimi Vətəni olan Belarus təmsilçisi üçün mahnı bəstələyəcək.
O, Belarus təmsilçisinin səsinə və görünüşünə uyğun mahnı yazağını deyib. O, mahnısının müsbaiqədə uğur qazanacağına ümid etdiyini də vurğulayıb.