8 Türkiyə serialında yeznə-baldız münasibəti var
14 Mart 2011 Bazar Ertəsi 07:00
Belə filmlərlə ictimaiyyətin şüuraltına təhlükəli siqnallar göndərilir
Türkiyənin Mərmərə bölgəsində 235 bələdiyyənin üzv olduğu “Mərmərə Bələdiyyələr Birliyi”nin mərkəz binasında “Ailə daxili münasibətlər” mövzulu seminar keçirilib. Seminarda çıxış edən bəşəri münasibətlər mütəxəssisi Ənvər Seyidoğlu iştirakçıların diqqətini seriallarda olan sapıq münasibətlərə cəlb edib. Seyidoğlu Azərbaycanda da çox sayda tamaşaçısı olan Türkiyə seriallarında baldız-yeznə sevgisində “inflyasiya” olduğunu bildirib. “Türkiyə telekanallarında yayımlanan 8 serialda baldız-yeznə sevgisi var. Belə filmlərlə ictimaiyyətin şüuraltına təhlükəli siqnallar göndərilir. Belə seriallara baxmaq əvəzinə komediya seriallarına baxın”.
Yeznə-baldız münasibətlərinin baş verdiyi seriallar:
1. Öyle Bir Geçer Zaman ki
2. Ezel
3. Unutulmaz
4. Yer Gök Aşk
5. Canım Ailem
6. Lale Devri
7. Yaprak Dökümü
8. Samanyolu
DOSTLARINLA PAYLAŞ: