35 yaşlı musiqiçimizlə vida mərasimi keçirilib
16 Aprel 2011 Şənbə 14:52
Emil İbrahimlə vida mərasimi Bakı Caz Mərkəzində təşkil olunub
Bu gün Bakı Caz Mərkəzində məşhur cazmen, Bakı Caz Mərkəzinin art-direktoru Emil İbrahim Məmmədovla vida mərasimi keçirilib. Mərasimdə mərhumun yaxınları və sənət yoldaşları iştirak edib.

35 yaşlı pianoçu aprelin 14-də Berlindəki xəstəxanalardan birində vəfat edib. Məşhur caz pianoçusu və bəstəkar Emil İbrahim son üç ildə onkoloji xəstəlikdən əziyyət çəkirdi. Səhhətinin pisləşməsi ilə bağlı o, əlavə müalicə üçün Almaniyaya gedib və orada vəfat edib.

Paytaxtda caz musiqiçiləri ailəsində anadan olan sənətçi Bakı Musiqi Akademiyasının yetirməsi idi. Bir sıra festivalların iştirakçısı olmuş cazmen caz, klassik, latın və xalq musiqisinin sintezini bacaran sənətçi kimi tanınırdı. Onun bəstələdiyi mahnılar bir sıra televiziya proqramlarında və kino filmlərində istifadə edilib. Emil İbrahim Məmmədov bir sıra layihələrin prodüsseri rolunda da çıxış edib.

E. İbrahim Yasamal qəbiristanlığında dəfn olunacaq.

Allah rəhmət eləsin!


DOSTLARINLA PAYLAŞ:

oyunlar