34 yaşlı iki uşaq anası dünyanın ən bahalı modeli oldu
20 Avqust 2014 Çərşənbə 13:28
2001-ci ildən bəri model kimi fəaliyyət göstərən Jizel 386 milyon dollar qazanıb.
Braziliyalı Jizel Bundhen səkkizinci dəfə ardıcıl ABŞ-ın “Forbes” jurnalının versiyasına görə dünyanın ən yüksək maaşlı modellərinin reytinqinə başçılıq edib.

ANS PRESS-in məlumatına görə, son 12 ay ərzində Bundhen 47 milyon dollar qazanıb.

2001-ci ildən bəri model kimi fəaliyyət göstərən Jizel 386 milyon dollar qazanıb.

34 yaşlı model Chanel, Carolina Herrera, H&M, Pantene və Oral-B kimi brend markaları reklam edir, həmçinin şəxsi paltar, ayaqyalınları və kosmetika biznesi ilə məşğul olur.

Bundhen - iki uşaq anası və kvoterbek Tom Breydinin xanımıdır. Bu il onun gəlirləri ərinin qazancından 16 milyon daha çox olub.

Reytinqin ikinci pilləsində - Niderland modeli Dautsen Krus və Braziliyadan olan Adriana Lima, üçüncü yerdə ingilis Keyt Moss qərarlaşıb.



DOSTLARINLA PAYLAŞ:

oyunlar