3 cüdoçumuz yarımfinalda
11 Sentyabr 2009 Cümə 13:50
Bu gün onların qazanacağı medalın əyarı müəyyənləşəcək
İrəvanda gənclər arasında Avropa çempionatı davam edir. Təmsilçimiz Fəqan Eminoğlu 1/8 finalda Monako cüdoçusu Sedrik Besini üzərində təmiz qələbə qazanıb. ANS TV-nin əməkdaşı Gündüz Abbaszadənin ANSPRESS-ə verdiyi məlumata görə, Fəqanın növbəti rəqibi macar cüdoçusu Jolt Qorjanas olub. Macar rəqibini də məğlub edən Fəqan Eminoğlu yarımfinala vəqiqə qazanıb. Yarımfinalda həmyerlimizin rəqibi ukraynalı Artyom Bulıqa olacaq.
60 kq çəki dərəcəsində mübarizə aparan Rasim Əsədullayev 1/8 finalda ukraynalı Artyom Xarçenko üzərində ippon fəndi ilə qələbə qazanıb. 1/4 finalda Kipr təmsilçisi ilə görüşən Rasim bu görüşdən də qələbə ilə ayrılıb. Yarımfinala vəsiqə qazanan həmyerlimizin rəqibi fransız Floren Urani olacaq. 55 kq çəki dərəcəsində mübarizə aparan İlqar Muşkiyev də müvafiq olaraq ispan və fransız rəqiblərini məğlub edərək yarımfinala yüksəlib
DOSTLARINLA PAYLAŞ: