"US Weekly" dərgisi 10 ən zovqsüz Hollivud məşhurunun adını açıqlayıb
Artıq 2012-ci il başa çatır və bununla bağlı tənbəllik etməyən hər kəs ötən ili ümumiləşdirməyə çalışır. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, "US Weekly" dərgisi də 2012-ci ildə ən zövqsüz geyinən Hollivud ulduzlarının siyahısını hazırlayıb.
"Qələbə" öz rəngarəng geyimlərinə görə Niki Minaja məxsusdur. İkinci yerə xeyli arıqlamış Kelli Osborn çıxıb. "Onluğun" üçüncü yerində ən pis geyinən aktrisa və model Keyt Qrehemdir.
Dördüncü və beşinci yerləri çox da uğurlu reytinq əldə etməyən aktrisa El Fenninq və müğənni Rita Ora bölüşdürüblər.