Beren Saata reklam siması olmaq təklif edilib.
Aktrisalıq qabiliyyəti ilə adından söz etdirən Beren Saat yeni razılaşma imzalayıb. ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, yuyunma vasitəsi istehsal edən şirkətlərdən birinin reklam üzü olub.
Onun bu işin əvəzində alacağı pul isə dodaq uçuqladır. Belə ki, gözəl ulduzun reklam siması olmaq müqabilində 2 milyon dollar alacağı deyilir.
Qeyd edək ki, bundan öncə də Beren Saata başqa şirkətlər tərəfindən 2 mln lirə və 1 milyon dollarlıq təkliflər gəlsə də, o qəbul etməmişdi.