Yunanıstan iqtisadi böhrana görə Azərbaycandan neft idxalını dayandırıb
12 Noyabr 2011 Şənbə 13:14
Banklardan kredit ala bilməyən Yunanıstan yeganə çıxış yolunu İrandan xam neft almaqda görür.
Yunanıstan üzləşdiyi iqtisadi böhran səbəbilə Azərbaycandan neft idxalını dayandırmağa məcbur olub. APA-nın “Reuters”ə istinadən yaydığı məlumata görə, bankların kredit imkanlarının tükənməsi səbəbilə Yunanıstan artıq bir müddətdir ki, Yunanıstan Azərbaycan, Rusiya və Qazaxstandan xam neft satın ala bilmir. Banklar və treyderlər Yunanıstanın öz borcunu ödəyə bilməyəcəyindən ehtiyatlanaraq bu dövlətlə işgüzar münasibətləri davam etdirməkdən çəkinir. Belə bir şəraitdə Yunanıstan İrandan neft almağı yeganə çıxış yolu sayır.
DOSTLARINLA PAYLAŞ: