Tələbələrə Tələbə Kartı plastik kartlar veriləcək
27 Yanvar 2010 Çərşənbə 18:20
"Bank of Baku" "Tələbə Kartı" layihəsi çərçivəsində misilsiz kampaniya elan edir.
“Bank of Baku” ASC tərəfindən bankın 15 illiyinə həsr olunmuş “Tələbə Kartı” layihəsinə start verilib. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, layihə çərçivəsində ali məktəb tələbələrinə müəyyən kredit xətti olan plastik kartlar təqdim edilir.
Kredit xəttindən istifadə etməklə yanaşı, “Tələbə Kartı” sahibləri paytaxtımızın dükan, kafe, restoran, ticarət və əyləncə mərkəzlərində güzəşt və endirimlərdən istifadə etmək hüququnu əldə etmiş olur. Öz gənc müştəriləri ilə daha da sıx əlaqələrin qurulması məqsədi ilə “Bank of Baku” “Tələbə Kartı” layihəsi çərçivəsində misilsiz bir kampaniya elan edir.
Layihənin inkişafinda yaxından iştirak etmək istəyən tələbələr www.studentcard.az internet ünvanında olan müraciət blanklarını doldura bilər. Seçilmiş tələbələr təhsil aldıqları ali məktəbdən kənara çıxmadan, “Bank of Baku”nun müvəqqəti təmsilçilərinə çevriləcək. Belə ki, bu unikal layihənin iştirakçıları qismində çıxış etmiş tələbələr “Bank of Baku” ilə əməkdaşlıq çərçivəsində çoxlu priz və xoş təəssüratlar əldə edəcək. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: