Dünya bazarında neft 50 dollara qədər bahalaşıb. Nyu-York birjasında "Texas" nefti 50 dollar 25 sentə, London birjasında "Brent" markalı neft isə 50 dollar 29 sentə təklif olunur. "Azəri light" markalı Azərbaycan nefti isə aprelin 28-də keşirilən hərraclarda 49 dollar 22 sentə satılıb.
Neftin bahalaşması dolların ucuzlaşmasına səbəb olub. Maliyyə bazarlarında 1 avro 1 dollar 32 sentə dəyişdirilir. Dünya bazarında qızılın unsiyasının qiyməti isə 900 dollardan aşağı düşüb. İndi qiymətli metalın unsiyası 895 dollar və ya qramı 28 dollar 87 sentədir. /ANS PRESS/